İQTİSADİYYAT
Avropa Yenidənqurma və İnkişaf Bankı pandemiyadan zərərçəkmiş sahibkarlar üçün məlumat platforması yaradıb
Bakı, 3 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-lara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların böhranın idarə edilməsi ilə bağlı bilik və bacarıqlarının artırılması üçün məlumat platforması yaradıb. Sahibkarlar “https://www.ebrdknowhowacademy.com” saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq interaktiv təlimlərdə iştirak edə, böhrandan çıxış yolları ilə bağlı ekspertlərin fikirlərini əks etdirən videomaterialları izləyə, banklar tərəfindən KOB-lara təklif olunan dəstək və resurslara dair müvafiq məlumatlar əldə edə bilərlər.
Azərbaycanla yanaşı, 30 ölkənin istifadə etdiyi platformada materiallar müxtəlif dillərdə, o cümlədən rus, ingilis və türk dillərində təqdim ediləcək.
Ətraflı məlumat üçün - Linara Əliyeva (+994 12) 497 10 14/15/17/18, e-poçt: “[email protected]”.