İDMAN
Avropa çempionatında boksçumuz dörddəbir finala yüksəlib
Bakı, 21 iyun, AZƏRTAC
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, 41 ölkənin qatıldığı yarışda daha bir boksçumuz dörddəbir finala vəsiqə qazanıb. Belə ki, Maqsud Xasmetov (56 kq) səkkizdəbir finalda Yuri Tomyuku (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, dörddəbir finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.
Qeyd edək ki, millimizin boksçularından Ruslan Rüstəmov (64 kq) və Mirəşrəf Kazımzadə (75 kq) də dörddəbir finala vəsiqə qazanıb. Çempionat iyunun 24-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:57]
Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]