Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa ilə münasibətlər kontekstində Azərbaycan–Macarıstan əməkdaşlığı - ŞƏRH

Avropa ilə münasibətlər kontekstində Azərbaycan–Macarıstan əməkdaşlığı -  ŞƏRH

Bakı, 1 fevral, AZƏRTAC

Macarıstan ölkəmizin Avropadakı ən yaxın və etibarlı müttəfiqlərindən biridir. Bunu müstəqilliyimizi bərpa etdikdən sonra ölkələrimiz arasında getdikcə artan və keyfiyyətcə zənginləşən qarşılıqlı münasibətlərdə görməmək mümkün deyil. Hələ 1990-cı illərdən başlayaraq iki ölkənin dövlət qurumları və cəmiyyətləri arasında cazibənin artımı özünü davamlı olaraq illərlə genişlənən real qarşılıqlı əməkdaşlıqda göstərib. Siyasi əməkdaşlıq sahəsində dövlətlərimiz arasında bağlanmış strateji tərəfdaşlıq müqaviləsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uzlaşdırılan siyasət kursu, iqtisadi əməkdaşlıq sahəsində imzalanmış onlarla müqavilələr, hökumətlərarası və ayrı-ayrı dövlət, qeyri-dövlət qurumları arasında həyata keçirilən layihələr, mədəni-humanitar sahədə elm, təhsil, nəqliyyat kommunikasiyaları ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq - bütün bunlar Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəriciləridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, bütün bunlar qarşılıqlı dəstəyin, ümumi strateji maraqlar naminə faydalı əməkdaşlığın son həddi deyil. Dünya durmadan dəyişir. Yeni dünya düzəninin formalaşması istiqamətində bütün dünyada və xüsusilə də Avrasiya ərazisində baş verən genişmiqyaslı proseslər dövlətlərin siyasi və iqtisadi inteqrasiya proseslərinə demək olar ki, hər gün bir yenilik gətirir. Hər bir yenilik isə öz növbəsində həm də dövlətləri və cəmiyyətləri yeni çağırışlarla üz-üzə qoyur. Belə bir dinamik təzadlı zamanda tərəfdaşlar və müttəfiqlər arasındakı münasibətlərin də zamanın tələblərinə uyğun daha müasir və daha faydalı əməkdaşlıq formatına doğru inkişaf etdirilməsini şərtləndirir. Azərbaycan və Macarıstan arasında dostluq, əməkdaşlıq münasibətlərinin məhz belə bir trend əsasında daim təkmilləşdiyini son bir neçə ilin qarşılıqlı təmaslarında daha aydın müşahidə etmək mümkündür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Macarıstana səfəri, həmin səfər çərçivəsində müzakirə edilən məsələləri və imzalanan sənədləri deyilənlərin praktiki təsdiqi hesab etmək olar. Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat və qarşılıqlı əməkdaşlığın geniş tətbiq sahələrini əhatə edən yeni ikitərəfli müqavilələr ölkələrimiz arasında münasibətlərin əhatə dairəsinin daha da genişləndiyinin və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun göstəriciləridir. Belə qarşılıqlı maraq, ildən-ilə artan, böyüyən əməkdaşlıq iki dövlət və xalqlarımız arasında tarixi sivilizasiya yaxınlığına, müasir beynəlxalq siyasət sisteminə praqmatik, konstruktiv baxış ortaqlığına və ən asası qarşılıqlı dəstəyə, etimada əsaslanır. Bütün bunların açıq və səmimi şərhi Macarıstan Baş naziri Viktor Orbanın açıqlamasında özünü açıq-aydın göstərdi: “...Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

Cavanşir Feyziyev qeyd edib ki, dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı rəğbətin qaynağı tarixi baxımdan ortaq sivilizasiya mənsubiyyətimiz, ortaq mədəni-mənəvi dəyərlərə sahibliyimiz və bu gün sürətlə dəyişən zamanın gündəliyə çıxardığı ortaq çağırışlarla yanaşı, həm də Avrasiyanın gələcək taleyi müstəvisində oxşar geosiyasi mövqeyimizdən irəli gələn reallıqlardır. Bunu dost ölkənin Baş naziri belə ifadə etdi: “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

“Səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında Azərbaycanın Avropanın bugünkü və gələcək həyatında oynadığı rolun müstəsna əhəmiyyəti, ölkəmizin təşəbbüsləri əsasında həyata keçirilən qitə miqyaslı layihələrin bütün Avrasiya üçün faydaları və eləcə də ikitərəfli əsasda Macarıstanla Azərbaycan arasında davamlı olaraq güclənən işbirliyinin xalqlarımız üçün əhəmiyyəti barədə açıqlamalar hər iki ölkənin ictimaiyyətində böyük rəğbət doğurdu. Azərbaycanın ənənəvi və müasir yaşıl enerji istehsalı, ixracı və tranziti ilə bağlı geniş imkanları, Avrasiya miqyaslı nəqliyyat-logistika layihələri ilə bağlı böyük potensialı, eləcə də Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən bərpası ilə bağlı layihələrə cəlb olunması haqqında ölkə başçısının verdiyi açıqlamalar bütövlükdə Azərbaycan - Avropa əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında aydın təsəvvür yaratdı. Prezident, həmçinin ölkəmizdə istehsal ediləcək yaşıl enerjinin Avropaya nəql edilməsi ilə bağlı dekabr ayında Rumıniyada imzalanmış dördtərəfli müqavilənin icrasına başlanılması ilə bağlı yaxın günlərdə Bakıda keçiriləcək növbəti toplantının anonsunu verərək bundan sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin daha dolğun və əhatəli şəkildə təmin ediləcəyini bildirdi”, - deyə deputat qeyd edib.

“Prezident İlham Əliyev Azərbaycan-Avropa əlaqələri kontekstində Azərbaycan-Macarıstan arasında dostluğun və strateji əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiyini belə ifadə etdi: “...Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək... Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Beləliklə, müstəqil Azərbaycan dövlətinin intibah və yüksəliş tarixinə böyük uğur kimi yazılan daha bir rəsmi dövlət səfəri arxada qaldı. Qarşıda isə Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir”, - deyə deputat vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar