DÜNYA
Avropada koronavirusa yoluxma hallarının sayı 60 milyonu ötüb
Bakı, 2 avqust, AZƏRTAC
Pandemiyanın başlanğıcından bəri Avropa ölkələrində koronavirusa yoluxma hallarının sayı 60 milyonu keçib.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun məlumatına görə, regionda COVID-19 infeksiyası səbəbindən 1,2 milyondan çox insan həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Bürosunun direktoru Dorit Nitsanın sözlərinə görə, bütün ölkələrdə əhalinin həssas qruplarının müdafiəsi üçün vaksinasiyanın miqyasını genişləndirmək vacibdir. Həmçinin ictimai səhiyyə və sosial müdafiə, o cümlədən test, izləmə, izolyasiya, karantin, maska rejimi və fiziki məsafə tədbirləri nəzarətdə saxlanılmalıdır.
Təşkilatın Avropa Bürosu bu yay koronavirusa yoluxma riskini azaltmaq üçün səyahətin vacibliyi barədə düşünməyə və riskləri dəyərləndirməyə çağırıb.