DÜNYA


Avropanın ən böyük gəmiqayırma zavodu kruiz şirkətinə 4 ekstralüks sərnişin gəmisi inşa edəcək

Roma, 20 oktyabr, AZƏRTAC

İtaliyanın “Fincantieri” gəmiqayırma zavodu 45 ölkədə 16500 əməkdaşı olan və dünyanın ən böyük sərnişin daşıyan kruiz şirkətləri arasında dördüncü olan “MSC Crociere” ilə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, dəyəri 2 milyard avrodan çox olan sazişə əsasən gəmiqayırma zavodu daha 4 ekstralüks sərnişin gəmisi inşa edəcək.

Zavod yeni və qeyri-ənənəvi formaya məxsus olan gəmilərin təhvili prosesinə 2023-cü ilin yazında başlayacaq və bir il ərzində inşa etdiyi gəmiləri təhvil verəcək.

Avropanın ən böyük gəmiqayırma zavodu olan “Fincantieri”nin mənzil-qərargahı İtaliyanın Triest şəhərində yerləşir.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.