İDMAN


Avstraliya hökuməti “Olimpiada-2032”nin təşkili planlarını dəstəkləyir

Bakı, 29 aprel, AZƏRTAC

Avstraliyanın Baş naziri Skott Morrison federal hökumətin Brisbenin namizəd olduğu “Olimpiada-2032”nin xərclərinin yarısını ödəyəcəyinə söz verib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, Avstraliyanın Queensland əyalətinin Baş naziri Anastasiya Palaşuka yazdığı məktubda bildirib. Yerli hakimiyyət orqanları əvvəllər də bu layihəyə sadiq olduqlarını bildirmişdilər.

S.Morrisonun belə bir açıqlaması Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 137-ci sessiyasındakı çıxışından sonra gözlənilirdi və bu müddətdə Avstraliyanın Baş naziri hökumətin “Olimpiada-2032”in təşkili planlarını tamamilə dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, BOK mart ayında Brisbeni 2032-ci ildə keçiriləcək Yaya Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün əsas namizəd şəhər elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.