DÜNYA


Avstraliyanın Sidney şəhərində restoran və kafelər fəaliyyətini bərpa edir

Tokio, 11 oktyabr, AZƏRTAC

Avstraliyanın Sidney şəhərində restoran və kafelər üç ay yarım davam edən məhdudiyyətlərdən sonra qapılarını müştərilərinin üzünə açıblar.

AZƏRTAC xəbər verir ki, oktyabrın 11-dən Sidney də daxil olmaqla Yeni Cənubi Uels ştatı hökuməti tam vaksin olunmuş vətəndaşların ictimai iaşə obyektlərinə daxil olmasına icazə verib.

Xatırladaq ki, koronavirusun “delta” ştamının yayılmasına görə iyunun sonlarından Sidneydə gəzinti və iqtisadi fəaliyyətə məhdudiyyətlər tətbiq edilmişdi.

Bildirilir ki, son məlumatlara görə Yeni Cənubi Uels ştatında tam peyvənd olunanlar artıq əhalinin 70 faizini təşkil edir.

Məsələni şərh edən Baş nazir Skott Morrison bildirib ki, bu gün çoxlarının səbirsizliklə gözlədiyi gündür. Baş nazir, həmçinin ölkənin karantindən çıxması üçün sakinləri vaksinasiyanı davam etdirməyə çağırıb.

Eyni zamanda Avstraliya hökumətinin gələn aydan ölkəyə gəlişə və buradan gedişə tətbiq edilən məhdudiyyətləri yumşaldacağı da bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.