DÜNYA


“Avstriya Hava Yolları” Çinə bütün aviareyslərini martın 28-dək ləğv edib

Vyana, 14 fevral, AZƏRTAC

“Avstriya Hava Yolları” (AUA) Çinə olan bütün reyslərini martın 28-dək ləğv edib.

AZƏRTAC xəbər verir ki, şirkət bu addımı koronavirusun bu ölkədə hələ də davam etməsi ilə izah edib. Ona görə də qış uçuş cədvəli (28 mart) başa çatana kimi Pekin və Şanxay istiqamətində uçuşlar həyata keçirilməyəcək.

Şirkətdən bildirilib ki, “Avstriya Hava Yolları”, “Lufthansa” və ya “Swiss” şirkətləri tərəfindən satılmış biletlərə görə müştərilərə kompensasiya veriləcək.

Çindəki vəziyyət hazırda Avstriya turizminə təsirsiz ötüşmür. Vyana çinli turistlərin Avropada ən çox səfər etdiyi üçüncü şəhərdir. Hazırda Avstriyaya Çindən təyyarə ilə səfər edən turistlərin sayının illik orta göstəricinin cəmi 16 faizinə düşməsi turizmə mənfi təsir göstərir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.