CƏMİYYƏT


Avstriyanın Zalsburq şəhərində Novruz bayramı qeyd olunub

Vyana, 21 mart, AZƏRTAC

Avstriyanın Zalsburq şəhərində yerləşən Azərbaycan Evində Novruz bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə xalqımızın bu günə qədər yaşatdığı Novruz bayramının tarixi və əhəmiyyəti barədə danışılıberilib, bu bayramın insanların qəlbində əmin-amanlığa, ruzi-bərəkətə və firavan gələcəyə, bolluğa ümidini əks etdirdiyi qeyd edilib.

Tədbirdə təşkilatın üzvləri çıxış edərək, soydaşlarımızın qarşıdan gələn günlərinin uğurlu keçməsini arzulayıblar.

Sonra qonaqlar Novruz təamlarından dadıblar.

 
Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.