CƏMİYYƏT
Axtarışda olan 10 nəfər saxlanılıb
Bakı, 9 iyul, AZƏRTAC
Ötən gün ərzində törədilmiş 24 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarılan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.