DÜNYA
Ay ərzində İranda 1,3 milyon nəfərə peyvənd vurulacaq
Tehran, 22 fevral, AZƏRTAC
İranda koronavirus infeksiyası ilə əlaqədar vəziyyət sabitləşsə də problemin həll olunmamış qalır. Açıqlanan statistik rəqəmlər COVID-19 virusunun hələ də fəal olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, son sutka ərzində İranda koronavirusa 8 min 263 nəfər yoluxub, 89 nəfər isə ölüb. Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 582 min 275 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 572-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 685 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 351 min 390 xəstə sağalaraq evə buraxılıb.
Nəzərə çatdıraq ki, İranda əhaliyə peyvənd vurulması prosesi davam edir. Səhiyyə Nazirliyinin planına əsasən ay ərzində İranda 1,3 milyon nəfərə peyvənd vurulacaq. Bunu üçün ölkənin müxtəlif vilayətlərində lazımi tədbirlər həyata keçirilib və peyvənd vurmaq üçün mərkəzlər fəaliyyətə başlayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran