Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir.

Siz müstəqil Azərbaycana rəhbərlik etdiyiniz son 15 ildə regionda sabitliyin və rifahın, intensiv inkişaf edən iqtisadiyyatın, Azərbaycanın müxtəlif dövlətlərlə, o cümlədən İsrail ilə dostluğunun və qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinin qarantı olmusunuz.

Siz dövlət başçısı olduğunuz müddətdə öz sələfiniz, Azərbaycan xalqının ümummilli lideri, güclü və müstəqil Azərbaycan Respublikasının təməlini qoymuş Heydər Əliyevin müdrik siyasətini davam etdirərək özünüzü mütərəqqi, ölkənizi və xalqınızı işıqlı gələcəyə uğurla aparan uzaqgörən və çevik siyasi xadim kimi göstərmisiniz.

Rəmzi haldır ki, Sizin prezident seçkilərində qələbəniz Beynəlxalq Kosmonavtika və Aviasiya Günü, həmçinin “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılmasının ildönümü günü ilə eyni vaxta düşüb. Bu fakt İsraildə Azərbaycan icmasını təmsil edən hər kəsi sevindirir.

Hörmətli İlham Heydər oğlu, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası İsrailin Azərbaycan icması adından Sizi ürəkdən dəstəklədiyini bildirir və seçkilərdə qələbəniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına və dövlətinə xidmətlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq

Assosiasiyasının İdarə Heyəti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin