ELM VƏ TƏHSİL


AzMİU-da “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” adlı poeması əsasında hazırladığı eyniadlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə AzMİU-nun rektorluğu, professor-müəllim heyəti, ictimai təşkilatları və tələbələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tamaşadan əvvəl ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov Ulu Öndərin mənalı həyat yolundan, siyasi fəaliyyətinin əsas istiqamətlərindən, öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işlərdən danışıb.

Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Kompozisiyada Əməkdar artist Şükufə Musayeva, Püstəxanım Zeynalova, Nazir Rüstəmov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev və başqaları rol alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.