ELM VƏ TƏHSİL


AzMİU-da tələbə və magistrantların 43-cü elmi konfransının açılışı olub

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tələbə və magistrantların 43-cü elmi konfransının onlayn plenar iclası keçirilib. Konfransı universitetin rektoru, professor Gülçöhrə Məmmədova açıq elan edib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tələbələrdən Aliyə Bəhramova “Şuşanın memarlıq irsi”, Elnur Məmmədov isə “Azərbaycan Respublikasında startap imkanları və beynəlxalq təcrübə” mövzularında məruzə ilə çıxış ediblər. Tələbə Elmi Cəmiyyətinin sədri Reyhan Əkbərli daxil olan məruzələr barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Konfrans işini 3 gün müddətində bölmələr üzrə davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.