Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azad olunmuş torpaqlarımız ermənilərin basdırdıqları minalar səbəbindən təhlükəli əraziyə çevrilib

Azad olunmuş torpaqlarımız ermənilərin basdırdıqları minalar səbəbindən təhlükəli əraziyə çevrilib

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. Bərpa-quruculuq işlərinə, həmçinin əhalinin doğma yurdlarına qayıtmasına ən böyük problem isə işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalanmasıdır. Buna baxmayaraq, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi qarış-qarış həyata keçirilir. Həmin ərazilərin relyefi minatəmizləyən texnikanın hər yerdə istifadəsinə imkan vermir. Bu da prosesin sürətlə aparılmasına mane olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

Yalçın Hacızadə bildirib ki, işğaldan azad olunmuş ərazilərimiz ermənilərin plansız şəkildə və bir çox hallarda qadağan olunmuş minalardan istifadəsi nəticəsində təhlükəli yerə çevrilib. Ümumiyyətlə, 1999-cu il Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Həmçinin Konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Azərbaycan tərəfinin məsələni bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli təmaslarda dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsi olaraq Ermənistan mina xəritələrini ölkəmizə təqdim etdi. Lakin təqdim edilən mina xəritələrinin dəqiqliyi cəmi 20-25 faiz oldu.

“Ərazilərimizin minalanması nəticəsində müharibədən sonra yüzlərlə vətəndaşımız həyatını itirib və ya xəsarət alıb. Ermənistan Ottava Konvensiyasını imzalamayıb. Amma bu o demək deyil ki, Ermənistanın belə hərəkətləri onun üçün məsuliyyət yaratmır. Müasir dövrdə ərazilərin minalanması müharibənin gedişində artıq əhəmiyyətli rol oynamır. Bunu müharibə zamanı müzəffər Azərbaycan Ordusu sübut etdi. Ermənistan tərəfindən torpağa milyonlarla mina basdırılsa da, qısa müddət ərzində Ordumuz ərazilərimizi işğaldan azad edə bildi. Çünki müasir müharibədə havada üstünlük əldə edə bilən tərəf qələbə qazanır. Yəni, külli miqdarda vəsait xərcləyib bütün ərazini minalamaq lazımsızdır. Ərazilərdən çıxarılan minaların 1 kvadratmetrinə düşən nisbətinə baxdıqda Ermənistan işğal etdiyi ərazilərimizdə təxminən 5 milyona yaxın mina basdırıb. Bu da orta hesabla Ermənistanın illik dövlət büdcəsinin 15 faizə qədəri deməkdir. Yəni, onlar dövlət büdcəsinin 15 faizə qədərini azad olunmuş ərazilərimizdə minaların basdırılmasına sərf ediblər. Səfalət içində olan ölkənin büdcəsinin böyük hissəsinin işğalın davam etdirilməsinə, insanlıq əleyhinə cinayətlərin törədilməsinə xərcləyən dövlətin məqsədi bəllidir”,-deyə Y.Hacızadə vurğulayıb.

Onun sözlərinə görə, müharibənin bitməsindən sonra Ermənistanın artıq sülhyönümlü siyasət aparacağı, terror siyasətindən, işğalçılıq ambisiyalarından əl çəkəcəyi gözlənilirdi. Amma görünən odur ki, düşmən ölkə mahiyyətini dəyişmək istəmir. Bu gün özünü demokrat adlandıranlar 1905-ci, 1918-ci, 1948-ci, 1953-cü, 1988-ci, 1992-ci illərdə azərbaycanlılara qarşı soyqırımı törədən Andranik Ozanyanlardan, Stepan Şaumyanlardan, Zori Balayanlardan, Monte Melkonyanlardan və ya sələfi olmuş Robert Köçəryan və Serj Sarksiyandan fərqlənmir. Deməli, ermənilər regionda sülhün yaranmasında, sivil dünyaya inteqrasiya olunmaqda, ədalətli cəmiyyətin qurulmasında, beynəlxalq kommunikasiya xətlərindən yararlanmaqda maraqlı deyillər. Ermənistan dövləti kimi, erməni cəmiyyəti də terror burulğanında boğulur. Onların terror hərəkətləri insanla yanaşı, təbiətə, tarixi abidələrə qarşıda də yönəlib. Belə ki, ermənilərin üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq azad edilmiş ərazilərimizdən çıxmaq əvəzinə, meşələri yandırdıqlarının, ağacları kəsdiklərinin, tarixi və mədəni abidələri məhv etdiklərinin də şahidi olmuşuq.

“Ermənistan regionda yaranmış yeni konfiqurasiyaların, beynəlxalq layihələrin iştirakçısı olmaq istəsə də, Azərbaycanın, beynəlxalq təşkilatların və regional əməkdaşlıqda maraqlı olan dövlətlərin sülhyaratma təklif və təşəbbüslərinə məhəl qoymur, hələ də təhlükəsizliyə təhdid olaraq qalır.

Ermənistan regionun ən zəif və coğrafi baxımdan əlverişsiz məkanda yerləşən ölkəsidir. Azərbaycanın daxili gücü, dövlətin strategiyası, dünyadakı nüfuzu, beynəlxalq təhlükəsizliyin təmin olunmasında artan rolu, regionun inkişafından, kommunikasiyasından, verdiyi üstünlüklərdən istifadə etmək istəyən ölkələrin təzyiqi və formalaşan yeni dünya düzəni Ermənistanı sülhə məcbur edəcəyini gözləmək olar”, - deyə Yalçın Hacızadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb