İQTİSADİYYAT


“AzerGold” Daşkəsəndə ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirib

Bakı, 5 iyun, AZƏRTAC

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunun Quşçu kəndinin Mədəniyyət Mərkəzində ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirib.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, 5 iyun – Ümumdünya Ətraf Mühit Günündə keçirilən tədbir ictimaiyyəti ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasında daha da fəal olmağa dəvət etmək məqsədi daşıyıb.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin SƏTƏM və KİS şöbəsinin nümayəndələri ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinin QSC-nin fəaliyyətində daşıdığı önəm, cəmiyyətin ekoloji siyasəti, Çovdar filiz emalı sahəsində tullantıların idarə olunması qaydaları, istehsal prosesi nəticəsində atmosferə atılan zərərli qazların miqdarının ölçülməsinin mahiyyəti, su nümunələrinin götürülməsinin vacibliyi və digər təşkilatlarla əməkdaşlıq haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Ekologiya və ətraf mühitin mühafizəsi mövzuları ətrafında geniş müzakirələrlə davam edən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi və Daşkəsən rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər şəxsləri, yerli bələdiyyə, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasətinin 4 əsas istiqamətindən birini təşkil edir. Bu istiqamət çərçivəsində görülən işlər sayəsində Çovdar filiz emalı sahəsi qızıl çıxımı və müasir texnologiyaların tətbiqi ilə yanaşı, ətraf mühitin qorunması sahəsində MDB məkanında lider mövqelərə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.