MƏDƏNİYYƏT
Azərbaycan Ankarada beynəlxalq festival-yarmarkada təmsil olunur
Ankara, 23 noyabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada üçüncü beynəlxalq çörək festival-yarmarkası fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Ankaradakı səfirliyimiz tərəfindən festival-yarmarka çərçivəsində Azərbaycan pavilyonu qurulub. “Bakı-buta” şirkəti tərəfindən idarə olunan pavilyonda Azərbaycanda istehsal olunan qida məhsulları, o cümlədən şəkərbura, paxlava, qoğal, həmçinin kənd təsərrüfatı məhsulları nümayiş olunur.
Noyabrın 22-də festival-yarmarkanın rəsmi açılışı keçirilib. Açılışdan sonra ziyarətçilər Azərbaycan pavilyonunda milli mətbəximizin ləziz təamlarından olan plova qonaq edilib.
Festival-yarmarka üç gün davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara