İQTİSADİYYAT
Azərbaycan Banklar Assosiasiyası bank nümayəndələri üçün seminar keçirib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert” Qrupunun üzvləri və Qrupa üzv olmayan digər bankların məsul şəxsləri üçün seminar keçirilib.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, “Fatca və CRS üzrə praktiki məsələlər” mövzusunda olan seminar “Deloitte Azərbaycan“ şirkətinin eksperti tərəfindən təqdim edilib.
Vergi direktoru Emil Qarayev “Deloitte Azərbaycan” və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə ölkəmizdə Ümumi Hesabat Standartının tətbiqinin praktiki aspektləri ilə bağlı təqdimat keçirib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım etmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.