İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlüyə yenidən seçilmək üçün namizədliyini irəli sürəcək

Bakı, 22 oktyabr, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Houlin Jao arasında videokonfrans formatında ikitərəfli görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında mövcud və perspektiv əməkdaşlıq müzakirə edilib.

İttifaqın Baş katibi Houlin Jao bildirib ki, Azərbaycanın İKT sahəsində beynəlxalq əməkdaşlığın daha da artırılmasında maraqlı olması çox sevindiricidir.

“Prezident İlham Əliyevlə görüşlər zamanı Prezidentin çıxışlarında İKT sektorunun inkişafına önəm verdiyinin, böyük diqqət və qayğı ilə yanaşdığının şahidi olmuşam”, – deyə Baş katib vurğulayıb.

Nazir Rəşad Nəbiyev çıxışında Beynəlxalq Telekommunikasiya İttifaqının sahə üzrə faydalı əməkdaşlıq platforması olduğunu söyləyərək, Azərbaycanla BTİ-nin münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Eyni zamanda, region ölkələri arasında İKT sahəsi üzrə aparılan müzakirələrdə BTİ-nin uğurlu vasitəçiliyi haqqında danışılıb.

Azərbaycanın gələn il Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq Səlahiyyətli Konfrans zamanı keçiriləcək seçkilərdə BTİ Şurasının üzvü kimi yenidən seçilmək üçün öz namizədliyini irəli sürəcəyi diqqətə çatdırılıb.

Sonda Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Jao Azərbaycanla BTİ arasında qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.