Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “İran İslam Respublikasının Dəmir Yolları” arasında dəmir yollarının inkişafına dair 2017-ci il martın 5-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin