RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Əsasnamənin 2-ci maddəsində “orqan (qurum)” dedikdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

2. “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 174-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin