ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universiteti: “İngilis dili həftəsi” uğurla başa çatıb

Bakı, 13 sentyabr, AZƏRTAC

ABŞ-ın Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) Bakı Amerika Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ingilis dili müəllimləri üçün keçirilən ənənəvi “İngilis dili həftəsi” sentyabrın 13-də başa çatıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 9-dan 13-dək Bakıda və regionlarda yerləşən məktəb, lisey və universitetlərdən 109 müəllim Amerika Mərkəzində ingilis dili sessiyalarında innovativ metodlardan istifadə edərək praktiki ünsiyyət bacarıqlarını inkişaf etdiriblər. İnteraktiv sessiyalarda müəllimlər tədris planlarında videomühazirələrdən səmərəli şəkildə istifadə etməyi və digər innovativ dərs metodlarının istifadə texnologiyalarının tətbiqini öyrəniblər.

Sessiyalar pedaqoji sahənin peşəkar təlimçiləri Stephen Sadlier, Richard Schlight və Jordan Troisinin rəhbərliyi ilə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.