İDMAN
Azərbaycan Güləş Federasiyasının növbəti onlayn seminarı keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Güləş Federasiyasının növbəti onlayn seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, sayca 5-ci dəfə təşkil olunan vebinarda Hakimlər Kollegiyasının sədri Qərib Əliyev əvvəlcə güləşdə risk hallarına aydınlıq gətirib.
Daha sonra mövzuya uyğun videolarla epizodlar ətraflı izah edilib.
Seminarın sonlarına doğru isə Azərbaycan çempionatının bəzi qarşılaşmalarındakı mübahisəli epizodlar müzakirə olunub və bu epizodlarda hakimlərin verdiyi qərarlar qiymətləndirilib.
Qeyd edək ki, müxtəlif vəziyyətlərin dəyərləndirilməsində birinci kateqoriyalı beynəlxalq dərəcəli hakim İntiqam Əliyev də yaxından iştirak edib və fikirlərini çatdırıb.