İQTİSADİYYAT


Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli enerji körpüsü layihəsi çərçivəsində yeni saziş imzalanacaq

Bakı, 8 sentyabr (AZƏRTAC, Nihat Budaqov). Bu ilin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli enerji körpüsü layihəsi çərçivəsində elektrik enerjisinin qarşılıqlı nəqlinə dair saziş imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 8-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin Bakıda keçirilən dördüncü qeyri-rəsmi görüşündəki çıxışında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli enerji körpüsü layihəsi Qara dəniz elektrik enerjisi sisteminin inkişafına öz töhfəsini verəcək. Bu layihə, həmçinin Azərbaycana öz enerji təhlükəsizliyini möhkəmləndirmək və elektrik enerjisi ixracını təmin etmək üçün əlavə imkanlar yaradacaq. Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə elektrik enerjisinin ixracı çərçivəsində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.