ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Creative Spark” proqramında iştirakı ilə bağlı müzakirələr aparılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

“British Council” tərəfindən təşəbbüs göstərilən “Creative Spark” proqramı çərçivəsində britaniyalı mütəxəssis Viren Lall Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyada yerləşən “Change School”un direktoru Viren Lall AzMİU-nun strateji inkişaf üzrə prorektoru Ülkər Səttərova ilə layihə üzərində işləyərək fikir mübadiləsi aparıb. O, universitetin “Creative Spark” proqramında uğurlu iştirakı üçün lazımi məsləhətlərini verib.

Sonra qonaq universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüş zamanı Böyük Britaniya universitetləri ilə AzMİU arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. G.Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin Böyük Britaniya universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə lazımi tədbirlər görüldüyünü söyləyib.

Qeyd edək ki, “Creative Spark” proqramı Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada 7 ölkədə həyata keçiriləcək. Proqramın məqsədi regionda təhsil alan tələbələrin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və onların bu istiqamətdə ideyalarını dəstəkləməkdir. Proqram çərçivəsində 10 mindən artıq tələbəyə dəstək göstərilməsi və regionda işsizlik səviyyəsinin aşağı salınmasına töhfə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.