Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimliyə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanova və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə yubiley medallarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin və Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini diqqətə çatdırıb.

Sonra Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. İsa Həbibbəyli böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu ilin ölkədə “Nəsimi ili” elan etməsinin ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib.

Akademik Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində layiqli yer tutan dahi şairin yaradıcılığının əhəmiyyətini təbliğ etmək məqsədilə Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri ilə birgə fəaliyyət proqramı hazırladığını və bu istiqamətdə bir sıra təqdirəlayiq işlər görüldüyünü, tədbir çərçivəsində elmi sessiya, beynəlxalq elmi konfrans keçirildiyini, sərgi nümayiş etdirildiyini, bölmənin tərkibinə daxil olan institutların əməkdaşları tərəfindən Nəsimi irsinə dair bir sıra kitab və monoqrafiyaların nəşr olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bölmənin müəssisələrinin müxtəlif dövlət qurumları, nazirliklər, ali təhsil müəssisələri, yerli və beynəlxalq təşkilatlarla birgə tədbirlər keçirilib, yubiley çərçivəsində institut əməkdaşları tərəfindən kollektiv biblioqrafik göstərici, fənn-proqramlar, 36 kitab, o cümlədən 16 monoqrafiya nəşr edilib, “Nəsiminin anadilli əsərlərinin ensiklopedik-izahlı lüğəti”nin I cildi çapdan çıxıb. Azərbaycan Respublikasının Bolqarıstandakı, Moldovadakı, Serbiyadakı səfirliklərinin təşəbbüsü və dəstəyi ilə Nəsiminin dünya dillərinə tərcümə edilmiş seçmə əsərlərindən ibarət kitabların təqdimat mərasimləri keçirilib.

AMEA-nın birinci vitse-prezidenti dövlət başçısının fərman və sərəncamlarının icra vəziyyəti, eləcə də ölkə başçısı tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və mütəfəkkirlərinin yubileylərinin qeyd olunması ilə bağlı imzalanan sərəncamlarından irəli gələrək həyata keçirilmiş tədbirlər barədə söz açıb. Qeyd edilib ki, bundan başqa, 2019-cu ildə bölmə üzrə müxtəlif sahələri əhatə edən 13 lüğətin, xüsusən də ictimaiyyətin gözlədiyi orfoqrafiya lüğətinin hazırlanması başa çatdırılıb. Orfoqrafiya lüğətinin fevral ayında çapı nəzərdə tutulur.

Hesabatda bölmə üzrə il ərzində 23 respublika elmi konfransının, 11 beynəlxalq elmi konfransın, 16 yubiley tədbirinin, üç dəyirmi masanın keçirilməsinin də elmi mühitin canlandırılmasına səbəb olduğu göstərilir.

İclasda bölmə üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsindən danışan akademik elektron elmin vəziyyəti, o cümlədən elmi tədqiqat xarakterli fəaliyyət sahələri üzrə müntəzəm olaraq institutların saytlarına materiallar yerləşdirildiyini qeyd edib. Məruzədə sosial şəbəkələrdə institutda keçirilən tədbirlər haqqında məlumatlar, ədəbiyyatşünaslığa dair maarifləndirici informasiya resurslarının yer aldığı vurğulanıb. Saytda jurnalların elektron variantlarını oxumağın və onlayn olaraq məqalə göndərməyin mümkün olduğunu nəzərə çatdıran akademik nəşriyyat fəaliyyətinə də toxunub. Qeyd olunub ki, bölmə üzvləri tərəfindən hesabat ilində 50-yə yaxın kitab, 300-dən çox məqalə çap olunmuş, həmin əsərlərin bir qismi xarici ölkələrdə işıq üzü görmüşdür. Hesabat ilində Humanitar Elmlər Bölməsinin alimləri tərəfindən 11-i xaricdə olmaqla 188 kitab, 14-ü xaricdə olmaqla 102 monoqrafiya, 291-i xaricdə olmaqla 2198 məqalə və 82-si xaricdə olmaqla 446 tezis nəşr olunub. İmpakt-faktorlu jurnallarda əməkdaşların 42 məqaləsi işıq üzü görmüş və elmi işçilərin əsərlərinə olan istinadların sayı 500-ü keçmişdir. Hesabat ilində 15 adda dərslik çap edilmişdir.

Beynəlxalq əlaqələr barədə məlumat verən birinci vitse-prezident bölmənin elmi müəssisələrinin Özbəkistan, Türkmənistan, Türkiyə, Pakistan, Koreya və s. ölkələrlə elmi əməkdaşlıq əlaqələrindən söz açıb. Tədbirdə kadr potensialı barədə göstəriciləri diqqətə çatdıran akademik İsa Həbibbəyli Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində AMEA-nın yeddi həqiqi və altı müxbir üzvünün fəaliyyət göstərdiyini deyib. Bildirib ki, hazırda bölmənin elmi müəssisələrində 246 dissertant təhsil alır.

Sonra bölmənin tərkibinə daxil olan institutların direktorları rəhbəri olduqları müəssisələrin mühüm elmi nəticələri barədə çıxış ediblər.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidentləri, akademiklər - Rasim Əliquliyev, Tofiq Nağıyev və AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov müzakirələrdə iştirak ediblər.

Rəyasət Heyəti təklifləri nəzərə alaraq Humanitar Elmlər Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə humanitar elmlərə dair dərslik və dərs vəsaitlərinin ərsəyə gətirilməsi ilə bağlı təkliflərin hazırlanması, humanitar elmlərin başqa elm sahələri ilə əlaqələrini möhkəmləndirmək məqsədilə baza təhsili dəqiq elmlər olan gəncləri humanitar yöndə tədqiqat aparmağa cəlb etmək üçün stimullaşdırıcı tədbirlərin görülməsi, o cümlədən ali məktəblərin son kurs tələbələri ilə ədəbi-mədəni görüşlər keçirilməsi tapşırılıb.

Qərarda bölməyə respublika elmi ictimaiyyətini yaxından cəlb etməklə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənətinin təbliği ilə bağlı məqalələrin impakt-faktorlu jurnallarda və ingilisdilli e-ensiklopediyalarda nəşr edilməsi, humanitar sahədə çalışan əməkdaşların dünyanın aparıcı ölkələrinin, o cümlədən Avropa, Rusiya və Türkiyənin qrant layihələrində iştirakının intensivləşdirilməsi, humanitar sahədə fəaliyyət göstərən alimlərin, xüsusən də gənc tədqiqatçıların “Clarivate Analytics” və digər beynəlxalq elmi bazaların imkanlarından geniş istifadəsinin təmin edilməsi və s. istiqamətlərdə tapşırıqlar verilib.

Gündəlikdəki növbəti məsələ AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, mərkəzin ötənilki fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabineti və AMEA Rəyasət Heyətinin qərarları, AMEA prezidentinin sərəncamları əsas götürülüb, habelə dövlət proqramlarının icrasından irəli gələn işlər yerinə yetirilib.

Hesabat ilində əldə olunan mühüm nəticələri diqqətə çatdıran mərkəz direktoru bildirib ki, əməkdaşların 5-i xaricdə olmaqla 27 elmi məqaləsi, 8-i xaricdə olmaqla 33 tezisi dərc olunub.

Y.Şükürlü ötən il mərkəzdə əhalinin sağlamlığı və biotibb, tarixi və etnoqrafik irs, şimal-qərb bölgəsinin folkloru, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi, şimal-qərb regionunda yabanı ipəkqurdlarının axtarışı və s. istiqamətlərdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.

Elm və təhsilin inteqrasiyasından danışan alim bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tədris olunan fənlərə dair bir tədris proqramı və bir dərs vəsaiti çap olunub. Həmçinin Balakən Rayon İcra Hakimiyyəti ilə birgə ADPU-nun Şəki filialının əməkdaşlarının da iştirakı ilə “Elm Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Alim məruzəsində beynəlxalq elmi əlaqələr, keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, gənc alim və mütəxəssislərin fəaliyyəti barədə da məlumat verib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, Yusif Şükürlü AMEA-nın I vitse-prezidentləri - akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, vitse-prezident, akademik Rasim Əliquliyev və müxbir üzv Əminağa Sadıqovun səsləndirdiyi suallarla bağlı məsələlərə aydınlıq gətirib. Hesabat Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Alınmış mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

Tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Məhəmməd Hadinin 140 illik yubileyinin qeyd olunması ilə bağlı tədbirlər planı təsdiq olunub.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev aidiyyəti üzrə müvafiq tapşırıqlarını diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Nazim Mahmudov: Hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalasında təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir