ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları növbəti imtahanlarını veriblər
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında təhsil alan magistrantların qış imtahan sessiyası davam edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun I kurs magistrantları neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisası üzrə kimya proseslərinin modelləşdirilməsi və optimallaşdırılması fənnindən, yüksəkmolekullu birləşmələr kimyası və kompozisiya materialları kimyası ixtisasları üzrə isə polimer nanogellər fənnindən imtahan veriblər. Bundan əlavə, müəssisənin II kurs magistrantları fiziki-kimya və kimyəvi kinetika və kataliz ixtisasları üzrə elektrokimyəvi proseslərin kinetikası və elektrokataliz fənnindən imtahan veriblər.
İdarəetmə Sistemləri İnstitutunda riyaziyyat, kompüter elmləri və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə I kursda təhsil alan 10 magistrant, həmçinin kompüter elmləri ixtisası üzrə II kursda təhsil alan 2 magistrant sessiya imtahanlarında iştirak edib.
İmtahan prosesi Genetik Ehtiyatlar İnstitutunda da davam etdirilib.