MƏDƏNİYYƏT


Azərbaycan Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondu müasir fond avadanlıqları ilə təchiz edilib

Bakı, 2 dekabr, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyi üçün alınan yeni fond avadanlıqları ilə tanış olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyinin Rəngkarlıq fondunda rəsm əsərlərinin yerləşdirilməsi üçün daha əlverişli imkan yaradılıb. Rəsm əsərlərini səliqəli, effektiv və müasir standartlara uyğun şəkildə yerləşdirməklə 55 kvadratmetrlik sahədə xüsusi stellajlar vasitəsilə 225 rəsm əsərinin saxlanılması təmin olunub.

Fond avadanlıqlarını Böyük Britaniyanın məşhur “Rackline” şirkəti təmin edib. Dünyanın bir sıra aparıcı muzeyləri, o cümlədən Viktoriya və Albert Muzeyi üçün fond avadanlıqları məhz bu şirkət tərəfindən təchiz edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.