İDMAN


Azərbaycan Milli Karate Federasiyası qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək

Azərbaycan Milli Karate Federasiyası qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlar arasında 6-cı beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC –a bildiriblər ki, qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mayın 2-8-də AMKF-in təlim-məşq bazasında keçirilən hazırlığa Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaqlar.

Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması da gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarında idmançılarımızla birgə, Çexiya və Yunanıstandan karateçilər iştirak etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.