Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Milli Məclisinin Sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinin konfransında çıxış edib VİDEO

Strasburq, 24 oktyabr, AZƏRTAC

Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransında Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) 60 ölkənin parlament rəhbərlərinin iştirak etdiyi konfransda AŞPA-nın sədri Lilian Mori Paskye və Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç çıxış ediblər.

Sonra konfrans “Ümumi Avropa evimiz: qarşıdakı 70 il” mövzusu ətrafında debatlarla işini davam etdirib.

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov konfransda mövzu ilə bağlı çıxış edib və ölkəmizlə təşkilat arasında münasibətlərə toxunub.

Milli Məclisin sədri Azərbaycanın Avropa Şurasının insan hüquqları və demokratiya sahəsində prinsip və dəyərlərini bölüşdüyünü və onların ölkəmizdə reallaşması üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Avropa Şurasının təsisatları, o cümlədən Parlament Assambleyası ilə konstruktiv dialoqa və əməkdaşlığa hazırdır. Sədr Avropa Şurasının Azərbaycan üzrə 2018-2019-cu illəri əhatə edən Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü məmnunluqla qeyd edib.

Yetmiş il əvvəl qitəmizi sıx birləşməyə vadar edən problemlərin sırasına bu gün yenilərinin əlavə olunduğunu diqqətə çatdıran Oqtay Əsədov bildirib ki, bunlar terrorizm, qanunsuz miqrasiya, dini dözümsüzlük və ekstremizm, ksenofobiya, islamofobiya, etnik separatizm, dövlət suverenliyinin pozulmasıdır. Müasir dövrün çağırışları demokratik inkişaf problemlərini ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həll etməyin mümkünlüyünə əsaslı şübhələr doğurur.

“Hesab edirəm ki, Avropa Şurasının gələcək fəaliyyətində təhlükəsizliyin bölünməzliyi prinsipi əsas götürülərək, məsələ bu cür qoyulmalıdır: demokratik inkişaf üçün çətinliklərin üst-üstə yığılmasını və daha da artmasını gözləmədən, demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinə vahid yanaşma formalaşdırılmalıdır. Mən xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması zərurətini nəzərdə tuturam. Məsələnin məhz bu cür qoyuluşunu Azərbaycan parlamentinin təmsilçiləri dəfələrlə müxtəlif yığıncaqlarda təklif ediblər. Bunun səbəbi aydındır: 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş zonada, eləcə də Ermənistan ərazisində dəhşətli soyqırımı əməlləri ilə müşayiət olunan etnik təmizləmə aparılıb. Bir milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub, onların İnsan hüquqları üzrə Avropa Konvensiyası ilə təsbit edilən əsas hüquqları və fundamental azadlıqları kobudcasına pozulub”, - deyə Oqtay Əsədov vurğulayıb.

Buna bənzər problemlərin Avropanın bəzi digər dövlətlərində də mövcud olduğunu xatırladan parlament Sədri qeyd edib ki, bu münaqişələrin siyasi və humanitar fəsadları, eləcə də onların yenidən alovlanması təhlükəsinin daim mövcud olması güclü, demokratik və inklüziv cəmiyyətlər formalaşdırmaq istiqamətində kollektiv səyləri təhlükə altına alır.

“Çağırışlarımızda həmişə bir fikrə əsaslanmışıq: dövlətlərin təhlükəsizliyinə qəsd demokratiyaya və qanunun aliliyinə qəsddir. Eyni zamanda, bu ideyanı avropalı həmkarlarımızın diqqətinə çatdırmaq istəmişik ki, Avropa evinin bütün sakinləri arasında daha böyük vəhdətə nail olmağa can atan Avropa Şurasının üzvlərindən birinin suverenliyinə və ərazi bütövlüyünə qəsd olunursa, bu, bütün birliyə, ümumi dəyərlərimizə qəsd kimi qiymətləndirilməlidir”, - deyə Oqtay Əsədov diqqətə çatdırıb.

Bildirilib ki, əsrlərin sınağından çıxmış Avropa dəyərləri, plüralist demokratiya üçün təhdidlərin aradan qaldırılması istiqamətində ölkələr olaraq fərdi məsuliyyət, dünyada demokratiyanın lokomotivi sayılan Avropa Şurası olaraq isə kollektiv məsuliyyət daşıyırıq.

Milli Məclisin Sədri qeyd edib ki, 70 il öncə Avropa Şurasının təməl daşını qoyan uzaqgörən insanlar İkinci Dünya müharibəsi, faşizm və stalinizm dəhşətlərinin təkrar olunmasını istisna etməyin yolunu Avropa xalqlarının ümumi evdə ümumi dəyərlər ətrafında birləşməsində görürdülər. Onlar haqlı olaraq bəyan edirdilər ki, Avropada daha böyük vəhdətə nail olmağın ən səmərəli vasitəsi azadlıq, demokratiya, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərinin bərqərar edilməsidir. Ötən dövrdə Avropa dəyərlərinin qorunması və inkişafı sahəsində böyük uğurların əldə edilib, Avropa xalqlarının ümumi hədəfi olan idealların həyata keçirilməsi yolunda mühüm addımlar atılıb. Möhkəm dayaqlar üzərində ucalan Avropa evi xalqların iqtisadi və sosial tərəqqisinə, müxtəlif sahələrdə sıx əlaqəsinə və qarşılıqlı əməkdaşlığına kömək göstərir.

Demokratiyanın təşviqinin, dəstəklənməsinin və müdafiəsinin hər bir Avropa dövlətinin hüququ və vəzifəsi olduğunu deyən Milli Məclisin Sədri birbaşa xalqdan mandat alan parlamentlərin üzərinə xüsusi məsuliyyət düşdüyü bildirilib. Qeyd edib ki, parlament demokratik dəyərlərin bərqərar edilməsi və yayılması, insan hüquqlarına və azadlıqlarına etibarlı təminatlar yaradılması üçün bilavasitə təbiətindən və təyinatından irəli gələn səmərəli mexanizmlərə malikdir. Cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən, etnik müxtəlifliyi nəzərə alan, gender balansı üzərində qurulan parlament əsl demokratiya və siyasi mədəniyyət məktəbidir. Müasir standartlara uyğun qanunlar qəbul etməklə parlament siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır. Parlamentin fəaliyyətinə siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının geniş cəlb edilməsi, icra strukturları üzərində təsirli nəzarətin həyata keçirilməsi, cəmiyyətin və dövlətin ümumi maraq doğuran problemlərinin açıq müzakirə olunması demokratik təsisatları möhkəmləndirir və inkişaf etdirir.

“Təmsil etdiyim Azərbaycan Respublikası haqqında onu söyləyə bilərəm ki, bizim ölkəmiz 19 ildir Avropa Şurasının üzvüdür və təşkilatın müxtəlif qurumlarının fəaliyyətində yaxından iştirak edir. Azərbaycan Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü çoxsaylı öhdəliklərin tam əksəriyyətini icra edib, insan hüquqlarının müdafiəsinə və qanunun aliliyinə əsaslanan demokratik cəmiyyət quruculuğunda önəmli yol qət edib. Bu günədək Azərbaycan Avropa Şurasının 70-dən çox konvensiya və sazişinə qoşulub”, - deyə Oqtay Əsədov vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq 

Azərbaycan Milli Məclisinin Sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinin konfransında çıxış edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub