İDMAN


Azərbaycan Premyer Liqası: Doqquzuncu turun oyun cədvəli açıqlanıb

Bakı, 23 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunlarının vaxtı müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, doqquzuncu turun oyunları iki günü əhatə edəcək.

“Sabah”–“Zirə” görüşü oktyabrın 27-də saat 16:00-da start götürəcək. Həmin gün keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu isə saat 18:00-da başlayacaq.

Oktyabrın 28-də baş tutacaq “Səbail” – “Keşlə” matçı saat 15:00-da start götürəcək. Tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Həmin görüşdə turnir cədvəlinin iki lideri - “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. Oyun saat 17:00-da başlayacaq.

“Sabah”–“Zirə” oyunu “Əlincə Arena”da, “Sumqayıt”–“Qəbələ” qarşılaşması “Dalğa Arena”da, “Səbail”–“Keşlə” matçı “Bayıl Arena”da, “Neftçi”–“Qarabağ” görüşü isə “Bakcell Arena”da keçiriləcək.

Qeyd edək ki, səkkiz turdan sonra turnir cədvəlinə 19 xalla “Neftçi” klubu başçılıq edir. Bir oyun az keçirən Ağdamın “Qarabağ” klubu 16 xalla ikinci, aktivində 13 xal olan debütant “Sabah” üçüncü, “Sumqayıt” və “Səbail” klubları 10 xalla dördüncü və beşinci yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (8), “Keşlə” (5) və “Zirə” (4) qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.