İDMAN
Azərbaycan Premyer Liqası: “Keşlə” - “Səbail” oyunu heç-heçə başa çatıb
Bakı, 25 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Səbail"lə qarşılaşıb.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub.
Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Keşlə" son pillədən xilas olub və 6-cı sıraya yüksəlib. 21 xalı olan "Səbail" isə 7-ci pilləyə geriləyib.
Qeyd edək ki, günün ilk matçında "Qarabağ" Qəbələdə eyniadlı komandanı darmadağın edib - 5:0. Hazırda davam edən "Sabah" - "Neftçi" görüşündə ilk hissə oynanılır və Masazır təmsilçisi 2:1 hesabı ilə öndədir. Turun son matçı saat 20:00-da "Zirə" və "Sumqayıt" komandaları arasında olacaq.