RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri
Cəlilabadda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
Cəlilabad, 31 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Lənkərana səfərini başa çatdırdıqdan sonra Cəlilabad rayonuna gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.