Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidenti bu dəfə dünyaya milli qürur dərsi keçdi

Azərbaycan Prezidenti bu dəfə dünyaya milli qürur dərsi keçdi

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, xalqın iradəsi sayəsində döyüş meydanında qələbə yürüşünü uğurla davam etdirir, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların icrasına laqeyd yanaşdıqları BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasını təmin edir. Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına Azərbaycan Ordusunun qətiyyətli cavabı, əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan torpaqlarımızı azad etməsi dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini çəkməklə yanaşı, bir sıra sual doğuran, daha dəqiq desək, maraqlarına uyğun məsələlərə aydınlıq gətirilməsi istəklərini ortaya qoymalarına səbəb olur. Bu istəklərin həmin dövlətləri təmsil edən televiziya kanallarının, digər mətbu orqanların təmsilçilərinin qərəzli məlumatlarla “silahlandırılaraq” dövlətimizin başçısı İlham Əliyevlə müsahibələrdə öz maraqlarını suallarında ifadə etmələri diqqətdən kənarda qalmır. Əsas olan bu suallar deyil, Prezident İlham Əliyevin onları əsl diplomatik məharətlə səbir və təmkinlə cavablandırması, dünyaya bir daha tarix və hüquq dərsi keçməsidir. Azərbaycan Prezidenti hər müsahibəsində bu məqamı xüsusi qeyd edir ki, beynəlxalq münasibətlərdə hüquq problemi yaşanır, ən əsası, işğalçı dövlətin bu günə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi cavabsız qalıb, təcavüzkara qarşı heç bir sanksiya tətbiq olunmayıb. Dövlətimizin başçısının hər müsahibəsi Azərbaycanın siyasi müstəvidə üstünlüyünün bir daha işğalçı Ermənistana və onun havadarlarına çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsinə yönəldərək bildirib ki, Azərbaycan Prezidenti bu dəfə dünyaya milli qürur dərsi keçdi. “Jurnalistin tarixdən xəbərsizliyi fonunda ünvanladığı qərəzli, Ermənistana dəstək ruhunda sualına cavabında dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağın Azərbaycan üçün önəmi resurslarına görə deyil, əzəli torpağı olaraq milli qürur, ədalət, beynəlxalq hüquq məsələsidir. Cənab İlham Əliyevin dünya informasiya məkanında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ardıcıl şəkildə dünyanın aparıcı KİV-ləri vasitəsilə beynəlxalq ictimaiyyətə münaqişə haqqında həqiqətləri çatdırması heç vaxt unudulmayacaq bir dərs, ən əsası bu günədək Ermənistana havadarlıq edən dövlətlərə ədalətsiz yanaşmalarının hansı dezinformasiyalara yol açdığının heç olmasa fərqində olmalarına çağırışdır. Təbii ki, bugünkü Azərbaycanı 1992-ci illərin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun zəifliyi, torpaqlarımızın deyil, ayrı-ayrı siyasi qrupların maraqlarının müdafiəsinə xidmət etməsi bir çox uğursuzluqlara yol açmışdı. Ən əsası Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə meydan verirdi. Amma bu gün istər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar belə bir mənzərənin yenidən yaşanmasının qeyri-mümkünlüyünün şahididirlər. Artıq indi dünya ictimaiyyəti bu günədək həyata keçirilən qərəzli təbliğata görə Azərbaycanın Dağlıq Qarabağ uğrunda onun malik olduğu potensiala görə deyil, beynəlxalq hüquq çərçivəsində ərazisi olduğu üçün mübarizə apardığını dərk etmək məcburiyyətindədir. Eyni zamanda, cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu, qürur məsələsidir”, - deyə Baş redaktor qeyd edib.

“Bu gün Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də müdrik və qətiyyətli siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır” - söyləyən V.Rəhimzadə bildirib ki, Almaniya auditoriyasına Azərbaycanın ədalətli mövqeyini, atılan addımların məntiqini bir daha tam aydın şəkildə çatdıran, hər bir sualın arxasında hansı qərəzin, marağın dayandığını çox yaxşı dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın yalnız ədalətin bərpası istiqamətində mübarizə apardığını əsaslı şəkildə bəyan etdi. “Baxmayaraq ki, almaniyalı jurnalistin “Sentyabrın 27-də müharibə başladı. Sizin “kim birinci atəş açdı” sualına cavabınız nədir” sualında onun qərəzli mövqeyi özünün aydın ifadəsini tapmışdı. Düşünürük ki, son bir ayda Azərbaycan-Ermənistan cəbhə xəttində yaşananlarla dərindən maraqlanan, ən əsası ədalətli mövqe ortaya qoymağa çalışan hər kəs kimliyindən, hansı dövləti təmsil etməsindən asılı olmayaraq, tarixi bilməsə də, baş verənlərdə kimin haqlı, kimin haqsız olduğunu, ən əsası, hərbi təxribatın kim tərəfindən törədildiyini dərk etmək və düzgün qiymətləndirmək imkanında olar. Dövlətimizin başçısı İlham Əliyevin son bir ayda müsahibələrinin hər birində bu suala dolğun cavab öz əksini tapıb. Eyni sualların qərəzli formada təkrar-təkrar səsləndirilməsi, eyni məqsədə xidmət edən yanaşmalar həmin mətbu orqanların təmsilçilərinə “adi” görünsə də, artıq qarşı tərəf bunların fərqində olmamış deyil. Amma Prezident İlham Əliyev səlis şəkildə, təkrar-təkrar təmkinlə bu sualları cavablandırır, Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırır. Dövlətimizin başçısının müsahibələrlə, həmçinin səsləndirilən suallarla bağlı fikirlərini bir daha xatırlamaq istərdik: “Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər”, - deyə V.Rəhimzadə bildirib.

Baş redaktor belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq hüquq təşkilatlarının da mövqelərində dəyişiklik nəzərə çarpması Azərbaycanın apardığı əsaslı, real həqiqətlərə əsaslanan təbliğatının nəticəsidir. O vurğulayıb: “Adıçəkilən təşkilatlar Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset bombalarından atəşə tutduğunu təsdiq etdilər. Halbuki almaniyalı jurnalist möhtərəm Prezidentimizlə müsahibəsində guya bu təşkilatların Azərbaycanın hüquq çərçivəsində qadağan edilmiş silahlardan istifadə etməsi ilə bağlı məlumatlarının olduğu iddia edilirdi. Artıq geniş şərhə ehtiyac duymuruq. Göründüyü kimi, təsəvvür reallıq kimi qəbul olunmaq dəyərində deyil. Təbliğat o zaman güclü, uzunömürlü, ictimai fikrə təsir imkanında olur ki, tarixi faktlara, həqiqətlərə əsaslansın. Azərbaycan Ordusu qələbə əzmi ilə bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistana, ona havadarlıq edən dövlətlərə və beynəlxalq təşkilatlara sübut edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib