Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Prezidentinin insanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutması humanizmin təntənəsidir

Azərbaycan Prezidentinin insanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutması humanizmin təntənəsidir

Bakı, 15 aprel, AZƏRTAC

Ölkəmizdə vətəndaşın mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, qazanılan analoji uğurlar bir-birini tamamlayaraq dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Təkcə ötən 2019-cu ildə ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat qeyd edib ki, 2020-ci ilin də sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından uğurlu olacağını yanvar, fevral aylarında əldə olunan sosial-iqtisadi göstəricilər proqnozlaşdırırdı. Dünyanı, sözün həqiqi mənasında, təşvişə salan, sərhəd tanımayan koronavirus pandemiyasının mənfi təsiri mart ayında ölkəmizin sosial-iqtisadi inkişafından da yan keçmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısının dediyi kimi, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı.

Deputat vurğulayıb ki, müşavirədə pandemiyanın mənfi təsirlərinə baxmayaraq, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyətin nəzarət altında saxlanıldığına diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, pandemiya uğurlu inkişaf üçün iqtisadiyyatın dayanıqlı olmasının vacibliyini bir daha göstərdi. Əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının müsbət nəticələrini biz bu gün ağır və çətin bir dönəmdən keçdiyimiz bir vaxtda daha aydın gördük. Yer kürəsinə qara kabus kimi çökən koronavirus pandemiyası can almaqda davam etdiyi, nəhəng dövlətlərin gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verdiyi halda Azərbaycanda koronavirusla mübarizə ən yüksək səviyyədə davam etdirilir. Atdığı bütün qabaqlayıcı addımlarla Azərbaycan dövləti virusu lokallaşdırmağa qismən nail ola bilib, yoluxanların, ölüm hallarının az olmasına müvəffəq olub.

N.Həmzəyev qeyd edib ki, hər bir dövlətin gücü çətin vəziyyətlərdə atdığı addımlarla, hadisələri nəzarətdə saxlamaq imkanları ilə, bütün problemlərin öhdəsindən layiqincə gəlmək qabiliyyəti ilə ölçülür. Azərbaycan dövləti bu mənada Prezident İlham Əliyevin liderliyi ilə belə çətin vaxtda da öz gücünü, qüdrətini göstərməkdədir. Ötən illərdə sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir ki, bu gün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkənin yardım üçün müraciət etdiyi siyahıda Azərbaycanın adı yoxdur. Son illərdə ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin sayəsində sosial-iqtisadi sahələrdə əldə edilən böyük uğurlar imkan verir ki, ölkəmiz öz resursları hesabına koronavirusla mübarizəni ən yüksək səviyyədə davam etdirsin, vətəndaşların sağlamlığı ilə yanaşı maddi-rifah halı da diqqətdə saxlanılsın.

Milli Məclisin deputatı vurğulayıb ki, müşavirədə diqqətçəkən məqamlardan biri də möhtərəm Prezidentimizin “Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”, -söyləməsi oldu. Təbii ki, biz hər an, hər dəqiqə Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı, yüksək həyat şəraitinin yaxşılaşdırılmasının dayandığının şahidi oluruq. Dövlət başçısının bütün vətəndaşların həyatını düşündüyünü və dövlətin gücünü tam olaraq bu istiqamətə sərf etdiyini aydın görürük. Belə həssas məqamda da Azərbaycan Prezidenti mütəmadi olaraq xalqa müraciətlər etməklə insanları məsuliyyətli olmağa, qayda-qanunlara əməl etməyə çağıraraq hər bir vətəndaşın həyatından necə narahat olduğunu nümayiş etdirir və “biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik”, - deyir.

Müşavirədə Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli mövqeyinə də nəzər saldığını xatırladan deputat qeyd edib ki, illərdir Azərbaycanı qaralamaq, nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyən Avropa Şurası Parlament Assambleyası, anti-Azərbaycan qüvvələr, müxalifətin marginallaşan hissəsi öz çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycanın müstəqil daxili və xarici siyasəti, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələrə öz münasibəti, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immuniteti, ən əsası xalq-iqtidar birliyi var. Biz birlikdə güclüyük!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI