MƏDƏNİYYƏT
Azərbaycan Qazaxıstan Milli Muzeyində keçirilən beynəlxalq konfransda təmsil olunur
Astana, 25 sentyabr, АZƏRTAC
Sentyabrın 25-də Qazaxıstan Milli Muzeyində "Avrasiya ornament ritmləri. Nişanlar. Rəmzlər. Mənalar" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, MDB-nin 9 ölkəsindən 30-a yaxın xalq və dekorativ-tətbiqi sənəti üzrə aparıcı ekspertlərin iştirak etdiyi konfransda Azərbaycan da təmsil olunur.
Konfransda Azərbaycan Xalça Muzeyinin baş mühafizi Mira Məmmədxanova “Qədim Avrasiya köçəri xalqlarının ornament mədəniyyətinin yaranma artefaktı”, Milli İncəsənət Muzeyinin şöbə müdiri Xədicə Əsədova “Azərbaycan xalçalarının sirli dili” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçıları Qazaxıstan Milli Muzeyinin ekspozisiyaları ilə tanış olublar.
Beynəlxalq konfrans sentyabrın 28-də öz işini yekunlaşdıracaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana