RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Rəsul Afiq oğlu Tağıyevə

general-mayor Müzəffər Ələsgər oğlu Pirizadəyə

general-mayor Elçin Zaur oğlu İbrahimova

general-mayor ali hərbi rütbəsi

polkovnik Zaur Rəşidoviç Niftullayevə

polkovnik Natiq Zahid oğlu Abuzərliyə

polkovnik Misir Əziz oğlu Əliyevə

polkovnik Aqil İnşalla oğlu Babayevə

polkovnik Azad Əyyub oğlu Abdullayevə

polkovnik Vüsal Eynulla oğlu Sultanova.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin