RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 914; 2009, № 7, maddə 589; 2011, № 6, maddə 520; 2012, № 2, maddə 104; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər barədə Mərakeş Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri