Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) 4 sentyabr 2008-ci il tarixli 17/85 saylı Qərarı ilə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün müəyyən edilmiş qaydalara riayət etmək məqsədi ilə Komissiyanın nəzdində Mətbuat qrupu yenidən formalaşdırılmışdır.

Seçkiqabağı təşviqatın aparılmasında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək məqsədi ilə yaradılmış Mətbuat qrupunun fəaliyyətinin daha da təkmilləşdirilərək günümüzün tələblərinə cavab verəcək standartlara uyğun fəaliyyət göstərməsi üçün həmin qrupun tərkibində müvafiq dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci maddələrinə və “Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat qrupu haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibindən ANS media və yayım şirkəti, “Space” Müstəqil Teleradio Şirkəti, Olaylar İnformasiya Agentliyi, Kaspi qəzeti və “Gündəlik teleqraf” qəzetinin nümayəndələri çıxarılsın.

2. Mətbuat qrupunun tərkibinə REAL Təhlil İnformasiya Mərkəzi, Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası, Report İnformasiya Agentliyi, “Gündəlik Teleqraf” və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin