Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də.dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 noyabr tarixli 1883 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464; 2007, № 8, maddə 852, № 12, maddə 1336; 2008, № 1, maddə 39; 2014, № 7, maddə 935; 2015, № 1, maddə 63, № 5, maddə 670; 2018, № 4, maddə 823; 2019, № 4, maddə 755) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyə-tindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in “Qeydlər”inin 5-ci hissəsində “və 9-cu (partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı) bəndlərində” sözləri “hissələrində” sözü ilə, “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə, “3-cü bəndinə” sözləri “3-cü hissəsinin birinci abzasına” sözləri ilə əvəz edilsin və həmin hissəyə “səhmdar cəmiyyətləri tərəfindən” sözlərindən sonra “, əlavə Şərtlərin 9-cu (partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı) hissəsində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi isə həmin Fərmanın 3-cü hissəsinin ikinci abzasına uyğun olaraq dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 iyun 2023-cü il

№ 178

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin