RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 940; 2015, № 2, maddə 240) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə “Tünd-göy rəngli hərbi nümunəli kepi” sözləri “Açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş yay papağı” sözləri ilə əvəz edilsin.

2. 3.2-ci bənddə “Tünd-göy rəngli hərbi nümunəli qış papağı” sözləri “Açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qış papağı” sözləri ilə əvəz edilsin.

3. 3.3-cü bənddə “Tünd-göy rəngli isti içlikli gödəkcə” sözləri “Açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş isti içlikli qış gödəkcəsi” sözləri ilə əvəz edilsin.

4. 3.4-cü bənddə “Tünd-göy rəngli hərbi nümunəli köynək” sözləri “Açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş yay gödəkcəsi” sözləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

3.4-1.
Açıq mavi, qara və boz rənglərlə kamuflyaj
edilmiş qısaqol yay köynəyi və şalvar
1 dəst 2 il

6. 3.5-ci bənddə “Tünd-göy rəngli mayka” sözləri “Açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş mayka (qış üçün qalın, yay üçün nazik)” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 yanvar 2022-ci il

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri