RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 795; 2021, № 3, maddə 285) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6.7.3-cü yarımbəndə “təkrarlayır” sözündən sonra “, həmçinin elektron qolbağın açılması və ya ərazi məhdudiyyətinin pozulması halları mövcud olduqda, bununla bağlı dərhal məsul icra məmuruna (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinə məlumat verir” sözləri əlavə edilsin.

2. 6.7.4-cü yarımbəndə “olmadıqda,” sözündən sonra “bu Qaydaların 6.7.3-cü yarımbəndində nəzərdə tutulmayan digər pozuntularla bağlı” sözləri əlavə edilsin və həmin yarımbənddə “onun” sözü “aşkar edilmiş bütün pozuntuların” sözləri ilə əvəz edilsin.

3. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.2. Aşağıdakı hallarda elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərindən icra məmurunun (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinin əsaslandırılmış qərarı ilə müvəqqəti çıxarılır:

8.2.1. tibb müəssisəsinin rəyinə əsasən nəzarət subyektinə tibbi yardım göstərilməsi zərurəti olduqda;

8.2.2. barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;

8.2.3. barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;

8.2.4. nəzarət subyekti alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.”.

4. Aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:

“8.2-1. Bu Qaydaların 8.2.1-8.2.4-cü yarımbəndlərində qeyd olunan hallar aradan qalxdıqda və bu Qaydaların 8.1-ci bəndində nəzərdə tutulan hallar olmadıqda, elektron nəzarət vasitəsi şəxsə yenidən tətbiq olunur.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 may 2023-cü il

№ 160

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
01.06.2023 [18:49]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 24 yanvar tarixli 19 nömrəli, “Aqrar sığorta” informasiya sisteminin Əsasnaməsi”nin və “Aqrar sığorta” informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” 2020-ci il 6 iyul tarixli 238 nömrəli, “Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 20 oktyabr tarixli 401 nömrəli, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli, “Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli 479 nömrəli, “Əlilliyi olan şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” 2021-ci il 28 yanvar tarixli 18 nömrəli, “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin təsdiq edilməsi haqqında” 2021-ci il 13 oktyabr tarixli 308 nömrəli və “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2021-ci il 27 noyabr tarixli 371 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI