Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033; 2016, № 2 (II kitab), maddə 236; 2017, № 3, maddə 383, № 10, maddə 1782, № 11, maddə 2022; 2018, № 5, maddə 971) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“2.3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin