Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş 4 nömrəli Əlavə – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nda, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə, 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə, 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə və 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687; 2019, № 3, maddə 405, № 5, maddələr 848, 852) ilə təsdiq edilmiş 4 nömrəli Əlavə – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.3-cü bəndə “peşə” sözündən əvvəl “dövlət peşə təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.2. 4.4-cü bəndə “orta” sözündən əvvəl “dövlət orta ixtisas təhsili müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.3. 4.5-ci bəndə “ali” sözündən əvvəl “dövlət ali təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.4. 4.6-cı bəndə “əlavə” sözündən əvvəl “dövlət əlavə təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363; 2018, № 4, maddə 698; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.5-ci bənddən “Akademiyanın fəaliyyətinə lisenziya verilməsi və” sözləri çıxarılsın;

2.2. 6.11-ci bənddə “peşə təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402, № 5, maddə 856, № 7, maddə 1230; 2020, № 2, maddə 103) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.5-ci bənddən “Akademiyanın fəaliyyətinə lisenziyanın verilməsi və” sözləri çıxarılsın;

3.2. 6.19-cu bənddə “peşə təhsili” sözləri “təhsil” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 790, 802, № 7, maddə 1367; 2019, № 3, maddə 402) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 1.5-ci bəndindən “Akademiyanın fəaliyyətinə lisenziya verilməsi və” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699; 2019, № 3, maddə 402, № 5, maddə 856; 2020, № 2, maddə 103) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin 1.5-ci bəndindən “Universitetin fəaliyyətinə lisenziya verilməsi və” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 786, 802, № 7, maddə 1362; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.7-ci bənddən “Məktəbin fəaliyyətinə lisenziya verilməsi və” sözləri çıxarılsın;

6.2. 2.5.1-ci yarımbənddə “peşə təhsilinin” sözləri “təhsilin” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 912; 2016, № 11, maddə 1803; 2017, № 7, maddə 1368; 2019, № 5, maddə 847) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”nin 1.6-cı bəndindən “Mərkəzin fəaliyyətinə lisenziya verilməsi və” sözləri çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 198; 2019, № 3, maddə 404, № 7, maddə 1230; 2020, № 2, maddə 107) ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.5-ci bəndi ləğv edilsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin