RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 360 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, № 12 (I kitab), maddə 2566; 2019, № 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli və 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə üzrə:

1.1. 3.1-ci bənddə “Qeydiyyat və notariat şöbəsinin rəisi” sözləri “qeydiyyat və notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri” sözləri ilə əvəz edilsin;

1.2. 3.2-ci bənddə “Qeydiyyat və notariat şöbəsinin rəisi, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri” sözləri “qeydiyyat və notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri, rayon (şəhər) üzrə qeydiyyat məsələləri ilə bağlı yerli qurumlarının rəhbərləri” sözləri ilə əvəz edilsin;

1.3. 3.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:

“3.3. Məcəllənin 598-ci maddəsində (notariuslara münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının qeydiyyat və notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri.”.

2. 6.0-cı bənddə “və 545-ci” sözləri “, 545 və 598-ci (hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə)” sözləri ilə əvəz edilsin.

3. 14.1-ci bəndə “müəssisələrə” sözündən sonra “, lotereya və idman mərc oyunları təşkilatçılarına” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin