Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1693-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 mart 976 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 31-5 – 31-11-ci hissələr əlavə edilsin:

“31-5. Məcəllənin 388-2.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

31-5.1. inzibati xətanı aşkar etmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – bu Siyahının 7.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-5.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri;

31-5.3. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

31-5.4. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

31-6. Məcəllənin 388-2.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

31-6.1. teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-6.2. kino və video xidmətlər vasitəsilə yayımlanan informasiya məhsuluna, həmçinin mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişalara və digər elanlara, habelə belə tədbiri ziyarət etmək hüququ verən biletlərə, dəvətnamələrə və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından – Mədəniyyət naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri;

31-6.3. internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərə (o cümlədən animasiya filmlərinə), kompüter oyunlarına və digər elektron oyunlara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – bu Siyahının 31-5.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-6.4. mətbu nəşrlərə münasibətdə:

31-6.4.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – bu Siyahının 7.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-6.4.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-6.5. digər informasiya məhsullarına münasibətdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – bu Siyahının 7.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

31-7. Məcəllənin 388-2.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

31-7.1. televiziya yayımına münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-7.2. kino və video xidmətlərinə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından – bu Siyahının 31-6.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-7.3. internet informasiya ehtiyatlarında yayıma münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – bu Siyahının 31-5.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

31-8. Məcəllənin 388-2.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

31-9. Məcəllənin 388-2.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

31-9.1. teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası adından – bu Siyahının 29.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-9.2. mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişalara və digər elanlara, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərə, dəvətnamələrə və digər sənədlərə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından – bu Siyahının 31-6.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-9.3. internet informasiya ehtiyatları vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsinə münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – bu Siyahının 31-5.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-9.4. mətbu nəşrlərə münasibətdə:

31-9.4.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – bu Siyahının 7.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-9.4.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-9.5. digər informasiya məhsullarına münasibətdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – bu Siyahının 7.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.

31-10. Məcəllənin 388-2.0.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

31-10.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – bu Siyahının 7.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-10.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından – bu Siyahının 31.2.2-ci yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-10.3. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.

31-11. Məcəllənin 388-2.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

31-11.1. təhsil müəssisələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından – bu Siyahının 6-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

31-11.2. tibb müəssisələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından – bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

31-11.3. mədəniyyət müəssisələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi adından – bu Siyahının 31-6.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-11.4. bədən tərbiyəsi və idman müəssisələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi adından – bu Siyahının 34.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-11.5. inzibati xətanı aşkar etmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adından – bu Siyahının 7.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

31-11.6. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

31-11.7. inzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin