Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 624; 2020, № 1, maddə 9) ilə təsdiq edilmiş “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”nin 5.1-ci bəndində “ilkin nizamnamə fondu 100 000 (bir yüz min)” sözləri “nizamnamə fondu 1 280 338 (bir milyon iki yüz səksən min üç yüz otuz səkkiz)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin