RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 685) ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci bəndə “Mülki Prosessual Məcəlləsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi,” sözləri əlavə edilsin.

2. 6.1.12-ci və 6.1.17-ci yarımbəndlərə “mübahisələrinə dair işlər” sözlərindən sonra “, habelə məhkəmələrin icraatında olan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar” sözləri əlavə edilsin.

3. 9.2.8-ci yarımbənddən “mülki işlər və kommersiya mübahisələri üzrə” sözləri çıxarılsın.

4. 13.6-cı bənddə “10-1.2-ci maddəsində” sözləri “10-1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddələrində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri