Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” 2001-ci il 19 iyun tarixli 507 nömrəli, “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 612 nömrəli, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 4 aprel tarixli 683 nömrəli, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli, “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 26 dekabr tarixli 827 nömrəli, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 938 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli və “Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 27 dekabr tarixli 9 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 621-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 405; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2006, № 2, maddə 92; 2010, № 4, maddə 289; 2011, № 4, maddə 272, № 5, maddə 381; 2014, № 7, maddə 818; 2015, № 6, maddə 695, № 10, maddə 1111; 2016, № 6, maddə 1052; 2017, № 8, maddə 1527) aşağıdakı dəyişikliklər edilsin:

1.1. I hissə üzrə:

1.1.1. birinci abzasdan “vergilər,” sözü çıxarılsın və həmin abzasa “Azərbaycan Respublikasının Baş prokuroru,” sözlərindən əvvəl “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti,” sözləri əlavə edilsin;

1.1.2. beşinci abzasda “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin;

1.2. II hissədə “daxili işlər və vergilər nazirliklərinə” sözləri “Daxili İşlər Nazirliyinə” sözləri ilə əvəz olunsun və həmin abzasa “həvalə edilir” sözlərindən əvvəl “, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 758; 2002, № 9, maddə 556, № 12, maddə 715; 2014, № 5, maddə 477; 2016, № 5, maddə 861) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 11-ci hissədə və 12-ci hissənin ikinci abzasında “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

2.2. 13-cü hissənin üçüncü abzasında “Milli” sözü “Mərkəzi” sözü ilə, “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

2.3. 25-ci hissədə “Vergilər Nazirliyinin yerli orqanlarına” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlara” sözləri ilə əvəz edilsin.

3. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 4 aprel tarixli 683 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 181; 2019, № 3, maddə 432) 2-ci hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikasının Vergilər” sözləri “Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

4. “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 563; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477, № 10, maddə 1203; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissənin birinci abzasında “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

4.2. 8-ci hissənin üçüncü abzasının ikinci cümləsində “Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələri ilə” sözləri “İqtisadiyyat Nazirliyi dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə” sözləri ilə əvəz edilsin.

5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605; 2004, № 12, maddə 1014; 2009, № 7, maddə 527; 2010, № 2, maddə 77; 2014, № 5, maddə 477, № 10, maddə 1187; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 36, № 11, maddə 2025, № 12 (I kitab), maddə 2327; 2018, № 8, maddə 1684, № 12 (I kitab), maddə 2576; 2020, № 12 (I kitab), maddə 1496; 2021, № 12, maddə 1433) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.9-cu və 2.18-ci bəndlərdə “Azərbaycan Respublikasının Vergilər” sözləri “Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin;

5.2. 2.15-ci bənddə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 827 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 722; 2003, № 4, maddə 179; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 10-cu hissənin birinci abzasında “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

6.2. 11-ci hissədə “Milli” sözü “Mərkəzi” sözü ilə, “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin;

6.3. 21-ci hissənin dördüncü abzasında “Vergilər Nazirliyinin yerli orqanlarına” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlara” sözləri ilə əvəz edilsin.

7. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 543) 2-ci hissəsində “Azərbaycan Respublikasının Vergilər” sözləri “Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat” sözləri ilə əvəz edilsin.

8. “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 582; 2007, № 8, maddə 769, № 12, maddə 1246; 2013, № 11, maddə 1335; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2018, № 6, maddə 1221; 2020, № 1, maddə 16) 1-ci hissəsinin 5-ci bəndinin dördüncü abzasından “Azərbaycan Respublikasının Vergilər Nazirliyi,” sözləri çıxarılsın.

9. “Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli 9 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 12 (II kitab), maddə 720; 2004, № 7, maddə 525) 14-cü hissəsində “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin