RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 392 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 9 avqust tarixli 444 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” 2007-ci il 13 dekabr tarixli 674 nömrəli, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 8 iyul tarixli 796 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 85-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2011-ci il 20 aprel tarixli 420 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324, № 10, maddə 849; 2008, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 10, maddə 851; 2011, № 2, maddə 85; 2012, № 9, maddə 856; 2014, № 4, maddə 362; 2017, № 4, maddə 557, № 5, maddə 813; 2018, № 2, maddə 205) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.14-cü bənddə “əlil” sözü “əlilliyi olan” sözləri ilə, “müharibə əlili” sözləri “müharibə ilə əlaqədar əlilliyi” sözləri ilə əvəz edilsin və həmin bəndə “uşaqların” sözündən əvvəl “18 yaşınadək” sözləri əlavə edilsin;

1.2. 8.26-cı bənddə “əlil” sözü “əlilliyi” sözü ilə, “əlil və sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin və həmin bəndə “uşaqların” sözündən əvvəl “18 yaşınadək” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə 1953; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1048 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.20-1-ci bənddən “və sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılsın;

2.2. 9.2-ci bənddə “əlillik, uşaqların sağlamlıq imkanları məhdudluğunu” sözləri “əlilliyin, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 670; 2007, № 3, maddə 233, № 5, maddə 455, № 8, maddə 768, № 11, maddələr 1094, 1105; 2008, № 5, maddə 373, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2012, № 5, maddə 420, № 9, maddə 857; 2013, № 10, maddə 1154, № 11, maddə 1331; 2019, № 7, maddə 1232, № 12, maddə 1929) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.11-ci bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin və həmin bəndə “uşaqların” sözündən əvvəl “18 yaşınadək” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1224; 2009, № 4, maddə 222, № 12, maddə 988; 2012, № 2, maddə 83, № 5, maddə 429; 2016, № 3, maddə 466; 2018, № 11, maddə 2269; 2019, № 7, maddə 1246) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6.3-cü yarımbəndində “əlil” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 614; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1357) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. Cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nın 3-cü hissəsində “Qocalar və əlillər üçün internat-evlərinin” sözləri “Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə, 13-cü və 16-cı hissələrində ismin müvafiq hallarında “qocalar və əlillər üçün internat-evləri” sözləri ismin müvafiq hallarında “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilsin;

5.2. Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “qocalar və əlillər üçün internat-evlərinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;

5.3. Cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “qocalar və əlillər üçün internat-evlərinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin;

5.4. Cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “qocalar və əlillər üçün internat-evlərinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072; 2017, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” üzrə:

6.1.1. 1.1-ci bənddə, 2.1.3-cü və 3.1.53-cü yarımbəndlərdə ismin müvafiq hallarında “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ismin müvafiq hallarında “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

6.1.2. 3.1.34-cü yarımbənddə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

6.1.3. 3.1.49-cu yarımbənddə (hər iki halda) ismin müvafiq hallarında “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ismin müvafiq hallarında “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə, “əlil kreslo-velo arabaları” sözləri “əlilliyi olan şəxslər üçün arabalar” sözləri ilə əvəz edilsin;

6.1.4. 3.1.50-ci yarımbənddə “əlillərin və sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “tibbi, peşə-əmək və sosial” sözləri çıxarılsın;

6.1.5. 3.1.51-ci yarımbənddə “əlillərin və sağlamlıq imkanları məhdud” sözləri “əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə və “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

6.1.6. 3.1.54-cü yarımbənddə “əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri “əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları ilə əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 2.3.8-ci yarımbəndə “sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək uşaqların” sözləri əlavə edilsin;

7.2. 2.5.1-ci yarımbəndə “sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək” sözləri əlavə edilsin və həmin yarımbənddə “əlil kreslo-velo arabaları” sözləri “əlilliyi olan şəxslər üçün arabalar” sözləri ilə əvəz edilsin;

7.3. 2.5.2-ci yarımbənddə “uşaqlarla bağlı məlumat bazasını təşkil edir” sözləri “18 yaşınadək uşaqların reyestrini elektron formada aparır” sözləri ilə əvəz edilsin;

7.4. 2.5.3-cü (hər iki halda), 2.5.4-cü və 2.5.5-ci yarımbəndlərə “sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək” sözləri əlavə edilsin;

7.5. 2.5.6-cı yarımbəndə “sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək” sözləri əlavə edilsin və həmin yarımbənddə “əlillərin” sözü “əlilliyi olan şəxslər üçün” sözləri ilə əvəz edilsin;

7.6. 2.6.3-cü yarımbəndə “sağlamlıq imkanları məhdud” sözlərindən sonra “18 yaşınadək” sözləri əlavə edilsin və həmin yarımbənddə “sağlamlıq imkanları məhdud idmançıların” sözləri “əlilliyi olan idmançıların” sözləri ilə əvəz edilsin.

8. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 4 mart tarixli 85-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 420 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 289) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri